Zekeriya Yapıcıoğlu danışıb: Partiya yeni prosesə necə baxır?
İstanbul millət vəkili Zekeriya Yapıcıoğlu yeni proseslə bağlı sualları cavablandırıb.
Yeni proseslə bağlı müzakirələr oktyabrın 22-də Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçelinin PKK lideri Abdullah Öcalanın TBMM-də PKK-nın ləğv olunduğunu bəyan etməsini təklif etməsi ilə başlayıb. Fevralın 27-də Abdullah Öcalan PKK-nı tərksilah etməyə çağırıb. Təşkilat da mayın 12-də silahı yerə qoyub, özünü ləğv etmək qərarına gəlib.
Zekeriya Yapıcıoğlu yeni prosesin fonunda Abdullah Öcalan ilə Milli Kəşfiyyat Təşkilatı (MİT) arasında uzun müddətdir davam edən danışıqlar olduğunu iddia edib.
Mənbə: BBC News Türkçe
Zəhra Möhübbətova