Zelenski Avropa tərəfdaşları ilə görüş planlaşdırır
Ukrayna Prezidenti Vladimir Zelenski gələn həftə avropalı tərəfdaşlarla görüşəcəyini açıqlayıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Zelenski Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ilə danışıqlardan sonra Teleqram kanalında məlumat verib.
Zelenskinin sözlərinə görə, Kiyev Avropanın bütün proseslərdə iştirakını təmin etmək və onun rolunu gücləndirmək üçün koordinasiya aparacaq.
O, həmçinin Umerova Yaxın Şərq və Türkiyədəki tərəfdaşlarla işi gücləndirməyi tapşırdığını bildirib.
