Zelenski Britaniyaya səfər edib
Ukrayna Prezidenti Vladimir Zelenski müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi məqsədilə Böyük Britaniyaya səfər edib.
Səfər çərçivəsində Zelenskinin Kral III Çarlz, Baş nazir Keir Starmer, həmçinin parlamentin hər iki palatasının spikerləri – Lindsi Hoyl və Lord Con McFaul ilə görüşləri nəzərdə tutulur.
Prezident, eyni zamanda, Britaniyada təlim keçən ukraynalı hərbçilərlə və beyin mərkəzlərinin nümayəndələri ilə də görüşlər keçirəcək.
Mənbə: Caliber
Aytən Ağazadə