00:00:00
Yazar
Admin User
23.10.2025 19:07 174 2 dəq oxuma
Siyasət

Zelenski cəbhə xəttində dondurmağı təklif edir

Zelenski cəbhə xəttində dondurmağı təklif edir

Zelenski: Rusiya-Ukrayna müharibəsini mövcud cəbhə xətlərində dondurmaq “yaxşı bir kompromis” olar . Atəşkəs ideyasını əvvəldən rədd edən Moskva, Kremlin Ukraynanı tam işğalını legitimləşdirmək üçün dəfələrlə istifadə etdiyi və “əsas səbəblər” adlandırdığı hədəflərinə çatana qədər müharibənin davam edəcəyini israrla bildirir.

 

Mövzu ilə bağlı siyasi şərhçi İlkin Məmmədkərimov "İnformator.az"a açıqlamasında bildirib ki, Ukrayna çoxsaylı itkilərə görə müharibəni bitirmək istəyir:

 

"Ümumiyyətlə, Rusiyanın savaşı bitirmək kimi bir fikri yoxdur. Rusiya Ukraynadan daha çox ərazi qoparmağa çalışır. Ukrayna isə, təbii ki, etiraf etməsələr də, canlı qüvvəsi və hərbi texnikası hər keçən gün tükənir və onlar hər gün zərbə almağa davam edirlər. Eyni zamanda Böyük Britaniya kəşfiyyatının məlumatına görə, müharibə başladığı gündən indiyə qədər Rusiyada artıq 1 milyon 600 mindən çox ciddi itkilər olub və bu, hər keçən gün, dediyim kimi, hər iki tərəfdən yüzlərlə, minlərlə insan ölür. Ona görə də Ukrayna müharibəni dondurmaq istəyir və artıq deyir ki, danışıqlar yolu ilə problem həll olunsun".

 

Siyasi şərhçi eyni zamanda qeyd edib ki, Üçüncü Dünya Müharibəsinin astasındayıq:

 

"Amma Rusiya, müharibəni dayandırmaq istəmir. Və artıq bilirsiniz ki, bu günlərdə Fransız mətbuatında — "Le Figaro", "Le Monde", "France Presse" kimi təhlilçilərdə Fransanın Rusiyaya qarşı müharibəyə hazırlaşdığına dair xəbərlər yayılıb. Fransanın Müdafiə Nazirliyi orduya tapşırıq verib. Fransa çox ciddi şəkildə hazırlaşır. Bunun sonu Üçüncü Dünya Müharibəsinə gətirib çıxara bilər. Çünki Rusiyanı yalnız və yalnız hərbi güclə dayandırmaq olar. Yəni, iki dövlət üçün nəticəsinin olub-olmamasının heç bir əhəmiyyəti olmayacaq. Bunu Tramp da artıq başa düşür və o, son çıxışında bildirib ki, Putinlə görüşmək əlavə vaxt itkisidir. Mən əlavə vaxt və zaman itirmək istəmirəm".

 

Zəri Bayramlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər