00:00:00
Yazar
Güllər Gülhüseynova
03.04.2026 09:40 19 1 dəq oxuma
Dünya

Zelenski Hörmüz boğazı ilə bağlı Ukrayna təcrübəsini təklif edib

Zelenski Hörmüz boğazı ilə bağlı Ukrayna təcrübəsini təklif edib

Ukrayna Prezidenti Volodimir Zelenski bu ərəfədə Yaxın Şərqdəki münaqişə fonunda Hörmüz boğazını açıq saxlamağın yollarını nəzərdən keçirən ölkələrlə Qara dənizdə naviqasiya azadlığının təmin edilməsi sahəsində Kiyevin təcrübəsini bölüşməyi təklif edib.

 

"İnformator.az" xəbər verir ki, Zelenski bu barədə "X" sosial şəbəkədəki son paylaşımında bildirib.

 

Zelenski qeyd edib ki, ölkənin xarici işlər naziri Andrey Sibiqa 40 ölkənin qatıldığı Hörmüz boğazının yenidən açılması məsələsinə həsr olunmuş virtual görüşdə iştirak edib.

 

Onun sözlərinə görə, Ukrayna dəniz yolları, dəniz nəqliyyatının qorunması və bərpası ilə bağlı müvafiq təcrübəyə malikdir.

 

"Əgər tərəfdaşlarımız hərəkətə keçməyə hazırdırlarsa, onları necə gücləndirə biləcəyimizi, təcrübəmizi, biliklərimizi və texnoloji potensialımızı necə tətbiq edə biləcəyimizi nəzərdən keçirəcəyik", - deyə Ukrayna lideri vurğulayıb.

 

Qeyd etmək lazımdır ki, Ukrayna qüvvələri dörd illik müharibə ərzində Qara dənizdə Rusiya gəmilərinə qarşı əhəmiyyətli uğurlar qazanmağa və Moskvanın bu su yolu üzərində nəzarəti ələ keçirməsinə mane olan dəniz dronları da daxil olmaqla texnologiyalar hazırlayıblar.

#təcrübəsini #xəbər #gündəm #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər