00:00:00
Yazar
Admin User
14.06.2024 17:06 368 1 dəq oxuma
Dünya

Zelenski İsveçrəyə gedib

Zelenski İsveçrəyə gedib

Ukrayna prezidenti Vladimir Zelenski özünün “sülh formulu” ilə bağlı sammitdə iştirak etmək üçün İsveçrəyə gəlib. "İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Telegram kanalında məlumat verib.

 

“Qlobal Sülh Sammiti üçün İsveçrəyə gəldim. Qarşıda iki günlük aktiv iş var”, - deyə Ukrayna lideri yazıb. Dövlət başçısının sözlərinə görə, tədbirdə 100-ə yaxın ölkə və beynəlxalq təşkilat iştirak edəcək.

 

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ukraynaya yeni sülh təklifi ilə çıxış edib. Onun tərkib hissəsi kimi Kiyevdən Ukraynanın neytral və nüvəsiz statusunu tanıması, həmçinin Xerson və Zaporojye vilayətləri, həmçinin Luqansk və Donetsk xalq respublikalarının ərazilərindən qoşunları çıxarması tələb olunur.

 

Öz növbəsində Vladimir Zelenski Moskvanın bu təklifini ultimatum adlandırıb. Onun sözlərinə görə, yeni sülh təklifi əvvəlkilərdən heç nə ilə fərqlənmir.

 

Banuçiçək Kalbalıyeva 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər