00:00:00
Yazar
Admin User
23.08.2025 17:10 79 1 dəq oxuma
Dünya

Zelenski Putinin qohumlarını da sanksiya siyahısına salıb

Zelenski Putinin qohumlarını da sanksiya siyahısına salıb

Ukrayna Prezidenti Vladimir Zelenski “Kanada paketi” çərçivəsində sanksiyaları Vladimir Putinin qohumlarına da şamil edib.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, söhbət sanksiya siyahısına salınan 74 nəfərdən gedir.

 

Siyahıda olan qohumlar:

 

Lyudmila Oçeretnaya – Putinin keçmiş həyat yoldaşı

 

Artur Oçeretnıy – onun hazırkı əri

 

Mixail Putin – Putinin əmisi oğlu

 

Mixail Şelomov – Putinin qardaşı oğlu

 

İqor Zelenski – Putinin qızının keçmiş əri

 

Siyahıya həmçinin Kremlin yaxın çevrəsindən olan şəxslər və müharibənin maliyyələşdirilməsində iştirak edən biznesmenlər də daxildir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər