00:00:00
Yazar
Admin User
09.10.2025 08:11 105 1 dəq oxuma
Dünya

Zelenski: Tramp sülhə kömək etsə, onun Nobel sülh mükafatına namizədliyini irəli sürəcəyik

Zelenski: Tramp sülhə kömək etsə, onun Nobel sülh mükafatına namizədliyini irəli sürəcəyik

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya ilə atəşkəs rejiminə nail olunacağı təqdirdə, Kiyev ABŞ Prezidenti Donald Trampın Nobel Sülh mükafatına namizədliyini dəstəkləyəcək.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.

 

"Təqdimatı Ukrayna tərəfindən irəli sürəcəyik", - V.Zelenski əlavə edib. O, həmçinin Kiyevə ABŞ-nin "Tomahawk" raketlərinin verilməsi ehtimalını istisna etməyib. "Prezident Tramp bəhs etdiyimiz bəzi şeyləri Ukraynaya verə bilər. Onlar Ukraynanı gücləndirə bilər", - V.Zelenski deyib. Onun sözlərinə görə, Ukraynanı gücləndirə biləcək imkanlardan biri "Tomahawk" raketidir. Onun fikrincə, bu raketlərin Kiyevdə olması Rusiya tərəfini danışıqlar masasına oturtmağa məcbur edə bilər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər