00:00:00
Yazar
Admin User
18.10.2025 19:33 125 1 dəq oxuma
Dünya

Zelenski üçün görüş plana uyğun getməyib:Putinin hiyləsi...

Zelenski üçün görüş plana uyğun getməyib:Putinin hiyləsi...

Ukrayna Prezidenti Vladimir Zelenski oktyabrın 17-də Ağ Evə səfəri üçün zəmin hazırlayıb, lakin ABŞ Prezidenti Donald Trampla görüşü plana uyğun getmədi. Amerika lideri heç vaxt “Tomahavk” raketlərinin Kiyevə veriləcəyini deməyib.

 

"İnformator.az"xəbər verir ki, bu barədə “Nyu York Tayms” (NYT) nəşri yazıb.

 

Nəşr qeyd edir ki, Zelenski Trampla “Tomahavk” raketlərinin Ukraynaya ötürülməsi zərurəti ilə bağlı bir neçə telefon danışığı aparıb. Hətta ABŞ prezidentinin bu addımı atmağa hazır olduğu barədə məlumatlar da var idi, lakin Vladimir Putinlə söhbətdən sonra hər şey dəyişib.

 

NYT Ukrayna Ali Radasının Xarici Əlaqələr Komitəsinin sədri Aleksandr Merejkonun sözlərindən stat gətirib: " Tramp Putinin köhnə hiyləsinə yenidən qapılıb".

 

Qeyd edək ki, daha öncə ABŞ Prezidenti Donald Tramp Ukraynaya "Tomahavk" raketlərinin verilmədən müharibənin dayandırılmasını arzuladığını bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər