00:00:00
Yazar
Admin User
02.10.2025 09:53 84 1 dəq oxuma
Dünya

Zelenski: Ukrayna Aİ-yə dron təhlükəsinə qarşı mübarizədə kömək edəcək

Zelenski: Ukrayna Aİ-yə dron təhlükəsinə qarşı mübarizədə kömək edəcək

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanın pilotsuz uçuş aparatları ilə bağlı təhdidlə getdikcə daha çox üzləşir.

 

"İnformator.az" "Report" a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kopenhagendə "Avropa Siyasi Birliyi"nin sammitindən əvvəl bildirib.

 

"Bu gün Avropa həqiqətən də dron təhlükəsi ilə üz-üzədir. Ukrayna bu təhdidlə mübarizədə təcrübəyə malikdir. Biz kənarda dayanmayacağıq", - V.Zelenski bildirib. O, həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın uzaqmənzilli silahların tədarükü ilə bağlı qərarını gözləyir. "Biz ABŞ Prezidenti ilə danışdıq və bu dialoqa görə ona minnətdarıq. Keçən dəfə bizim çox yaxşı və məhsuldar görüşümüz oldu. Biz raketlər və uzaqmənzilli silahlar barədə danışdıq. Hər şey onun qərarından asılıdır", - Ukrayna Prezidenti bildirib.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər