Zelenski: Ukrayna ərazisi verilməyəcək
Cenevrədə ABŞ və Ukrayna arasında Rusiya ilə müharibəyə son qoymaq məqsədi daşıyan danışıqlar başa çatıb, hər iki tərəfin rəsmiləri “irəliləyiş” və işi davam etdirmək niyyəti barədə məlumat veriblər.
Bununla belə, ərazi məsələləri və Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı Moskva ilə Kiyev arasında yaranmış əhəmiyyətli fikir ayrılığının necə aradan qaldırılacağına dair heç bir təfərrüat ortaya çıxmayıb. Ukrayna prezidenti Vladimir Zelenski atılan “vacib addımları” alqışlayıb, lakin xəbərdarlıq edib ki, sülh danışıqlarının üzləşdiyi “əsas problem” Vladimir Putinin Ukraynanın şərqində Rusiya tərəfindən işğal olunmuş ərazilərin hüquqi tanınması tələbidir. “Bu, ərazi bütövlüyü və suverenlik prinsipini pozar”, - deyə o, Moskvanın zorla ələ keçirdiyi torpaqlarla təcavüzünə görə mükafatlandırıla biləcəyindən narahat olduğunu vurğulayıb.
BBC News
Cavahir Əsgərbəyli