Zelenski Ukraynada törədilən hərbi cinayətlər üçün xüsusi məhkəmə istədi
Hollandiyada səfərdə olan Zelenski Haaqadakı Ümumdünya Forumunda “Ədalət olmadan Ukrayna üçün sülh yoxdur” deyib.
İnformator.az CNN-ə istinadən xəbər verir ki, Zelenski çıxışında Ukraynada törədilən hərbi cinayətlərin cəzasız qalmaması üçün xüsusi məhkəmə yaradılmalı olduğunu dilə gətirib. Rusiya Prezident Vladimir Putinə istinad edərək, “Biz hamımız digər Vladimiri, burada, ədalətin paytaxtı Haaqada törətdiyi cinayətlərə görə məhkum edilməli olan şəxsi görmək istəyirik” ifadəsini işlədib.
Zelenski Hollandiyaya verdiyi dəstəyə görə təşəkkür edib və hərbi köməyin davam etdirilməsinin müharibənin qələbəsi üçün çox vacib olduğunu vurğulayıb.
Fidan
