Zelenskinin kostyum geyinməməsinin səbəbi məlum olub
Ukraynanın Baş naziri Prezident Volodimir Zelenski və nazirlərin kostyum əvəzinə, yaşıl köynək və ya kamuflyaja üstünlük vermələrinin səbəbini açıqlayıb.
İnformator.az xəbər verir ki, o, bu barədə “German Focus” nəşrinə müsahibəsində deyib.
Hökumət başçısı bildirib ki, onlar müharibə başa çatanadək belə geyinəcəklər: “Bu, bizim döyüş əzmimizi nümayiş etdirir. İndi kostyum geyinmək, qalstuk taxmaq mümkün deyil”.
Qeyd edək ki, ötən il fevralın 24-də Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə başlayandan Ukrayna rəsmiləri kostyum yox, kamuflyaj formaları geyinirlər.
