Zelenskinin müşaviri antikorrupsiya reydindən sonra istefa edib
Ukraynanın prezidenti Volodimir Zelenski bildirib ki, onun administrasiya rəhbəri Andriy Yermak evində aparılan antikorrupsiya reydindən sonra istefa verib.
Böyük siyasi nüfuza malik olan Yermak, Rusiyanın genişmiqyaslı müharibəsi boyunca Zelenskinin ən yaxın müşaviri olub, lakin heç bir qayda pozuntusunda ittiham olunmasa da, böyüyən qalmaqal səbəbilə üzərindəki təzyiq artırdı.
Zelenski yaxın zamanda onu ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi yeni sülh təşəbbüsü çərçivəsində Rusiya-Ukrayna müharibəsini bitirməyə yönəlmiş əsas danışıqlara rəhbər təyin edib.
Prezidentlik ofisinin qarşısında xalqa ünvanladığı kəskin müraciətində Zelenski birlik çağırışı edərək xəbərdarlıq etdi: “Biz hər şeyi itirmək riski ilə üz-üzəyik: özümüzü, Ukraynanı, gələcəyimizi".
Mənbə:BBC news
Ayisə Şərifova