00:00:00
Yazar
Admin User
29.12.2025 17:16 83 2 dəq oxuma
Siyasət

Zelenskinin yerinə iddialı olan general Ukraynaya qayıdır

Zelenskinin yerinə iddialı olan general Ukraynaya qayıdır

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda Böyük Britaniyada səfir olan Valeri Zalujnı yanvarın əvvəlində tutduğu vəzifəni tərk etməyə hazırlaşır.


Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, əslində Ukraynada prezident seçkilərinin vaxtı bir qədər ötüb yəni növbəti prezident seçkiləri vaxtında keçirilməyib və gecikib
:

 

“İndi isə Ukraynada növbədənkənar, daha doğrusu gecikən prezident seçkilərinin keçirilməsi ehtimalı var. Hələlik rəsmi Kiyev seçkilərin keçirilməməsini fors-major vəziyyətlə izah edir. Bununla belə, Rusiya israrla Ukraynada hakimiyyətin dəyişdirilməsini tələb edir. Kremlin mövqeyinə görə, səlahiyyət müddəti bitənvə legitimliyi şübhə altında olan prezidentlə sülh sazişi imzalamaq hüquqi baxımdan düzgün deyil. Məhz buna görə də Moskva seçkilərin keçirilməsini tələb edir. Təbii ki, burada Rusiyanın əsas məqsədi məlumdur. O, Ukraynada özünə yaxın olan qüvvələri hakimiyyətə gətirə biləcəyinə hələ də ümid edir. Eyni zamanda ABŞ də bu məsələdə Rusiyanın mövqeyindən çıxış edir. Məhz buna görə Zelenski hakimiyyəti həm ABŞ-ə, həm də Avropa Birliyinə müraciət edərək Ukraynada seçkilərin keçirilməsi üçün təhlükəsizlik zəmanəti tələb edib. Bu isə rəsmi Kiyevin olduqca mühüm siyasi manevridir. Çünki əgər ABŞ və Qərb Ukraynada təhlükəsizliyə zəmanət verə bilmirsə, seçkilərin keçirilməsi də təbii ki, mümkün olmayacaq. Bu baxımdan Zelenski hakimiyyəti məsuliyyəti ABŞ və Qərbin üzərinə yönəldərək Kremlin tələblərinin hazırda icra olunmasının mümkünsüz olduğunu qabardır. Bununla belə, Prezident Zelenski öz postundan çəkilməyə hazır olduğunu da gizlətmir. Hətta sülh sazişinin imzalanmasının real olacağı təqdirdə seçkilərin keçirilməsinə razı olduğunu rəsmi şəkildə bəyan edib”.


Əlavə olaraq müsahib bildirib ki, ola bilsin ki, Ukrayna prezidenti keçmiş baş komandan Valeri Zalujnını məhz bu səbəbdən geri çağırır:


“Çünki Zalujnı Rusiyaya yaxın siyasi fiqur deyil, Ukrayna ordusuna rəhbərlik etmiş şəxsdir. Ola bilər ki, Zelenski hakimiyyəti məhz hakimiyyətin Zalujnıya ötürülməsinin yollarını axtarır. Rəsmi Kiyev anlayır ki, Rusiya Ukraynada hakimiyyəti öz maraqlarına uyğunlaşdırmaq niyyətindədir. Bunun qarşısını almağın yeganə yolu isə Valeri Zalujnının prezidentliyə namizəd olması və hakimiyyəti Zelenskidən təhvil almasıdır. Beləliklə, Rusiyanın Ukrayna hakimiyyətini ələ keçirmək cəhdlərinin qarşısını almaq mümkün ola bilər”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər