00:00:00
Yazar
Admin User
23.08.2025 13:52 93 1 dəq oxuma
Dünya

Zelenskiyə buna görə ciddi təzyiqlər göstərilir

Zelenskiyə buna görə ciddi təzyiqlər göstərilir

Bildiyimə görə, Zelenskiyə ciddi təzyiq göstərilir və maliyyə dəstəyinin, eləcə də kəşfiyyat məlumatlarının dayandırılması ilə hədələyirlər. Bu vəziyyətdən onun əleyhinə istifadə edə biləcək insanlar var. Onu müdafiə edəcək çox az adam olacaq.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Kiyev İqtisadiyyat Məktəbinin direktoru və Prezident Ofisinin müşaviri Timofey Milovanov “Vaşinqton Post” nəşrinə verdiyi müsahibədə bildirib.

 

Milovanov qeyd edib ki, Ukrayna Prezidenti Vladimir Zelenskiyə sərt şərtlərlə sülh sazişinə razılaşması üçün ciddi təzyiqlər göstərilir.

 

Həmçinin "Vaşinqton Post" yazır ki, Zelenskinin siyasi həyatda qalması əsasən Rusiyanın bütün Donbas üzərində nəzarət tələblərinə qarşı durub-durmamasından asılı olacaq:

 

“Milovanov təzyiqlərin konkret hansı tərəfdən gəldiyini açıqlamasa da, məqalənin kontekstindən bunun ABŞ-a aid olduğu ehtimal edilir. Mümkün sülh razılaşmasına Ukrayna cəmiyyətinin necə reaksiya verəcəyi hələlik məlum deyil. Müharibədən yorulan bir çox ukraynalı, hətta Rusiyanın illər sonra razılaşmanı pozacağı ehtimalına baxmayaraq, döyüşlərin dayandırılmasını dəstəkləyə bilər”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər