00:00:00
Yazar
Admin User
28.11.2025 18:07 86 1 dəq oxuma
Dünya

Zelenskynin aparat rəhbəri istefa verir

Zelenskynin aparat rəhbəri istefa verir

 

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, aparat rəhbəri Andrey Yermak evində aparılan antikorrupsiya axtarışından sonra istefa verib. Yermak Rusiya ilə müharibə dövründə Zelenskynin ən yaxın siyasi fiqurlarından olub, lakin enerji sektorunda 100 milyon dollarlıq korrupsiya qalmaqalı fonunda ciddi təzyiqlərlə üzləşib.

 

Zelenski xalqa müraciətində “Ukraynanı və gələcəyimizi itirmə riski var”, - deyib və birlik çağırışı edib. Prezident bildirib ki, Yermak danışıqlarda Ukraynanın mövqeyini hər zaman vətənpərvərliklə təqdim edib və yaxın günlərdə yeni namizəd müəyyən ediləcək.

Yermak axtarışdan sonra sosial şəbəkədə tam əməkdaşlıq etdiyini yazıb və obyektiv istintaqın vacibliyini vurğulayıb. Skandal Ukraynanın ABŞ və Avropa İttifaqı ilə danışıqlarda mövqeyini zəiflədib.

Qeyd edilib ki, ABŞ-yə Trampın sülh planı üzrə danışıqlarda iştirak etmək üçün ABŞ Ordusunun katibi Dan Driskoll Kiyevə gələcək, ABŞ nümayəndə heyəti isə yaxın günlərdə Moskvaya gedəcək.


BBC
Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər