00:00:00
Yazar
Admin User
20.10.2025 10:45 135 1 dəq oxuma
Dünya

Zemfira Ermənistanda konsert verməkdən imtina edib

Zemfira Ermənistanda konsert verməkdən imtina edib

Rusiyalı məşhur müğənni Zemfira (Zemfira Ramazanova) Ermənistanda konsert verməkdən imtina edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb.

 

Məlumata görə, Ermənistan Baş naziri Nikol Paşinyanın Zemfiranın mahnısını dinləyərkən çəkdiyi videodan sonra müğənniyə ölkədə çıxış etmək təklif olunub.

 

Zemfiraya konsert üçün 20 milyon rubl təklif edilib, lakin məbləğin artırılması da istisna olunmayıb.

 

Buna baxmayaraq, ifaçı təklifi rədd edib. Səbəb kimi isə həbs olunmaq qorxusunu göstərib.


Qeyd edək ki, Zemfira Rusiya Ədliyyə Nazirliyi tərəfindən “xarici agent” kimi tanınıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər