"Zirə"dən ayrılan Fuad Bayramov "Səbail"ə keçib
"Zirə"dən ayrılan Fuad Bayramov karyerasını I Liqa təmsilçisi "Səbail"də davam etdirəcək. Təcrübəli müdafiəçinin bu keçidi həm futbolçunun gələcək planları, həm də "Səbail"in yeni mövsüm hədəfləri baxımından maraq doğurur.
Mövzu ilə bağlı idman jurnalisti Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında deyib ki, Fuad Bayramov "Zirə" nin futbolçusu olsa da, orada oynamırdı. Ötən mövsüm icarəyə "Mingeçevir"ə verilmişdi:
"Zirə"nin planlarına daxil olmayan Fuad Bayramovun bu transferi həm klub üçün, həm də onun şəxsi karyerası üçün doğru seçim olub. Fuad birinci liqada seçilən futbolçulardandır. Yəni, "Səbail"ə keçməsi çox müsbətdir, komandaya çox köməyi olacaq".
Zəhra Möhübbətova