00:00:00
Yazar
Admin User
01.08.2024 09:19 494 1 dəq oxuma
İdman

"Zirə" Slovakiyada "DAK 1904" ilə qarşılaşacaq

"Zirə" Slovakiyada "DAK 1904" ilə qarşılaşacaq

Doğma meydandakı ilk dueldə "Zirə" 4:0 hesablı qələbəyə sevinib. 

 

Bu gün baş tutacaq matçla bağlı "informator.az"a fikirlərini bölüşən Ceyhun Sultanov bildirib ki, ilk oyunda 4:0 böyük üstünlükdür:

 

" "Zirə" matçın taleyini 70% həll edib. Əgər bir oyunda "Zirə" 4 qol vurubsa, onlar da qol vurmaq iqtidarındadır. Futbolda hər şey ola bilər. Nəticəni ilk dəqiqələrdə oyunun gedişatından bilmək olar. Hər şey komandanın oyuna hazırlığından asılıdır. İnanıram ki, mərhələni keçən klub "Zirə" olacaq, "Zirə"yə uğurlar arzu edirəm".

 

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Matçı Şimali Makedoniyadan olan Yovan Kaçevski idarə edəcək. 

 

Zəhra Həsənova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər