Zəlzələ bölgəsi üçün Fəlakətlərin Yenidənqurma Fondu fəaliyyətə başlayıb
Zəlzələ bölgəsinin bərpasını dəstəkləmək məqsədilə yaradılan Fəlakətlərin Yenidənqurma Fondu fəaliyyətə başlayıb. Fond ilk mərhələdə 485 milyon avroluq maliyyələşmə əldə edib.
Xəzinə və Maliyyə Nazirliyinin məlumatına görə, vəsait zəlzələ bölgəsində mənzil və infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldiləcək.
Nazir Mehmet Şimşək bildirib ki, fond bölgənin iqtisadi inkişafı üçün mühüm addımdır:
"Fond fəaliyyətini qətiyyətlə davam etdirəcək , biz hər zaman zəlzələ zonasının yanındayıq".
Şimşək əlavə edib ki, 2023-cü ildən bəri zəlzələ bölgəsi üçün 7,3 milyard dollarlıq xarici maliyyə təmin olunub.
TRT Haber
Aişə Mustafayeva