Zəlzələdə ziyan görən Kahta qalası ziyarətçilərin istifadəsinə verilib
6 fevral 2023-cü ildə baş verən zəlzələlərdə zərər görən 3 mühüm sivilizasiyanın izini daşıyan Kahta qalası mərkəzi Kahramanmaraşda tamamlanan bərpa işlərindən sonra ziyarətçilərin istifadəsinə verilib.
Bərpa və konservasiya işlərindən sonra qala ziyarətçilərin üzünə açılaraq yerli və xarici turistləri qəbul etməyə başlayıb. Adıyaman Muzeyinin direktoru Mehmet Alkan AA müxbirinə bildirib ki, zəlzələdən sonra təxminən 8 aylıq işdən sonra qalanı ziyarətçilərin üzünə açıblar. Alkan, "İçərisində abadlıq işləri ilə yanaşı müdafiə sahəsi, zindan, məscid və xüsusilə şüşə terras tikildi. Bu şüşə terras heyrətamiz təbii gözəllik təqdim edir. Burdan gələn ziyarətçilər çox məmnun ayrılırlar. Yerli və xarici turistləri də dəvət edirik"dedi.
Mənbə:Habertürk
Aytac Kərimova
