00:00:00
Yazar
Admin User
07.08.2025 12:28 180 1 dəq oxuma
Sosial

Zəngilanın 2 kəndində içməli su sistemi qurulacaq

Zəngilanın 2 kəndində içməli su sistemi qurulacaq

Zəngilan rayonunun Ağalı vә Mәmmәdbәyli kәndlәrinin su tәchizatı vә tullantı su şәbәkә vә qurğularının tikintisinə başlanılır.

 

"İnformator.az" "Axar.az"a istinadən  xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti hazırlıqlara başlayıb.

 

Layihə çərçivəsində Mahrızlı su anbarından 17,723 min metr uzunluğunda polietilen borularla su xətti çəkiləcək. Bundan başqa, tullantı sularının çəkilməsi ilə bağlı 1 405 metr uzunluğunda D 400 mm-lik qofralı polietilen boru (Koruqe) kəmərlərinin quraşdırılması planlaşdırılır. Xətt boyunca 21 ədəd çuqun lyuklar quraşdırılacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər