00:00:00
Yazar
Admin User
30.07.2025 16:17 112 2 dəq oxuma
Siyasət

Zəngəzur dəhlizi qərarsızlıq mərhələsində

Zəngəzur dəhlizi qərarsızlıq mərhələsində

 

Zəngəzur dəhlizi ətrafında yayılan ABŞ-Ermənistan razılaşması iddiaları regionda yeni suallar doğurub. Azərbaycanın məsələ ilə bağlı ehtiyatlı və praqmatik mövqeyi, bölgədə güc balansına və gələcək əməkdaşlığa təsir edə bilər.

 

Əgər Ermənistan Zəngəzur dəhlizinə xarici hərbi şirkətləri cəlb edərsə, bu bölgədə sabitliyə necə təsir göstərə bilər? Azərbaycanın alternativ marşrutlara üstünlük verməsi uzunmüddətli iqtisadi baxımdan hansı üstünlükləri təmin edə bilər?

 

Mövzu ilə bağlı Politoloq Natiq Miri "İnformator.az"a bildirib ki, Ermənistanın bu yöndə qərar verməsinə ehtiyac var ki, hələlik belə bir qərar mövcud deyil:

 

"Xarici şirkətin Zəngəzur dəhlizi ilə bağlı idarəyə cəlb olunması məsələsi, təbii ki, hansı şirkət, hansı dövlətin şirkətidirsə, bu prosesə müdaxilə ediləcəksə, həmin dövlət təhlükəsizliklə bağlı məsələləri də həll edəcək. Bu gün əgər ABŞ-ın şirkətindən söhbət gedirsə, təbii ki, ABŞ-ın prosesdə iştirakı müəyyən çəkindirici məqamlar daşıyır. İstər proseslə razı olmayan Rusiya, istərsə də İran adına bu, ciddi çəkindirici məqam daşıyır. Paralel olaraq, əgər Rusiya ilə ABŞ rəhbərliyi arasında pozitiv münasibətlər sisteminə cəhd var idisə, konkret danışıqlar və görüşlər təşkil olunurdusa, artıq bu gün ultimatum və hədələrdən bəhs edilir. ABŞ–Rusiya qarşıdurması sadəcə Ukrayna cəbhəsində deyil, bir çox regionlarda artıq açıq şəkildə özünü büruzə verməyə başlayıb. Doğrudur, Rusiyanın nə qədər əngəl olmaq imkanları var – bunun özü də böyük sual daşıyır. Azərbaycanın və Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı geosiyasi maraqlarını düşünərsək, bu, indiki vəziyyətdə heç də Zəngəzur dəhlizini əngəlləməyə çalışan dövlətlərin xeyrinə olmayacaq".

 

Ekspert əlavə edib ki, Azərbaycanın alternativ marşrutlarla bağlı problemi yoxdur:

 

"Gürcüstan üzərindən Qara dənizə, Türkiyəyə, eyni zamanda Aralıq dənizinə bir çıxış təmin olunur. Hazırda da ən böyük ticarət yükləri Çindən Avropaya daşınmaqdadır və ötən illə bu ilin 6 ayı müqayisə edilsə, ortaya çıxan rəqəmlər bunun iki dəfə artdığını göstərir. Perspektivdə yüklərin daha da artma imkanlarını göstərir. Ona görə də Azərbaycan artıq Şərqlə Qərb arasında körpü rolunu oynamağa davam edir. Sadəcə, Azərbaycan yeni alternativlər ortaya qoymaq istəyir ki, bu alternativ də Zəngəzur dəhlizi ilə baş tutarsa, bu, regiona əməkdaşlıq gətirməklə bərabər, həm də sülh gətirəcək. Regionda hər bir dövlət bu prosesdən qazanacaq. Ona görə də bu prosesi yalançı məsələlərlə mənfi yönə çəkməkdənsə, bu prosesə töhfə verməklə hər bir ölkə qazana bilər. Ayrıca, bir də İran üzərindən Araz dəhlizi məsələsi var ki, bu yöndə də çalışmalar davam edir".

 

Türkan Kərimli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər