00:00:00
Yazar
Admin User
19.09.2025 19:14 102 1 dəq oxuma
Siyasət

Zəngəzur dəhlizinin açılması ilə tranzit ticarət artacaq

Zəngəzur dəhlizinin açılması ilə tranzit ticarət artacaq

Zəngəzur dəhlizinin açılması ilə Uzaq Şərqdən başlayaraq Avropaya uzanan Orta Dəhlizin canlanması və tranzit ticarətin artması mümkün olacaq.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Politoloq Elçin Xalidbəyli bildirib ki, Zəngəzur dəhlizinin açılması Avropa qitəsi ilə Orta Asiyanı, ümumiyyətlə Avropa qitəsi ilə Asiya qitəsini birləşdirmiş olacaq:

 

“Bu geoiqtisadi layihə ümumi götürdükdə Cənubi Qafqazın gələcək taleyini ciddi şəkildə dəyişdirə bilər. Ən əsası isə Cənubi Qafqazda Rusiyanın təsirinin zəifləməsi müşahidə olunacaq. Çünki Zəngəzur dəhlizi Cənubi Qafqazın əsas geoiqtisadi və geostrateji faktoru olduğuna görə, məhz bu layihəyə, bu layihədə iştirak edən dövlətlər Cənubi Qafqazın əsas geopolitik oy statusunu qazanmış olacaqlar. Bu sırada da Amerika Birləşmiş Ştatları, Türkiyə kimi dövlətlər var. Ancaq Rusiya bu layihədən kənarda saxlanılıb və Rusiyanın bu layihədə iştirak edə bilməməsi bütövlükdə Cənubi Qafqazda Rusiya təsirinin zəifləməsi anlamı daşıyır. Belə ehtimal eləmək olar ki, Zəngəzur dəhlizi bütövlükdə region ölkələrinin iqtisadi inkişaf perspektivlərini daha da cəlbedici vəziyyətə gətirəcək. Eyni zamanda, Cənubi Qafqazın qlobal məkanda geostrateji əhəmiyyətini də artırmış olacaq. Ən əsası isə Avropadan Asiyaya qədər olan bir coğrafiyada iqtisadi, ticari mübadilə məhz Zəngəzur dəhlizi üzərindən aparılacaq“.

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər