ABŞ-nin maraqlarına hörmətlə yanaşırıq... - Putin

Bölmə: Dünya › ,
Tarix: 13:02 18.05.2025

Rusiya ABŞ-nin milli maraqlarına hörmətlə yanaşır, özünün də maraqlarına eyni şəkildə yanaşılacağını gözləyir.

 

"İnformator.az" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.


“Amerikalıların, Amerika xalqının və Amerika rəhbərliyinin, o cümlədən prezidentin öz milli maraqları var və biz buna hörmət edirik. Güman edirik ki, bizimlə də eyni rəftar olacaq”, - Putin bildirib.