ABŞ vitse-prezidenti İsrailə gəlir

Bölmə: Dünya › ,
Tarix: 13:08 18.05.2025

ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens mayın 20-də İsrailə səfər edə bilər.

 

"İnformator.az" xəbər verir ki, bu barədə İsrailin "12-ci kanal"ı məlumat yayıb.


“Vensin mümkün səfəri çox vacib olacaq, çünki bu, İsrail və ABŞ arasında münasibətlərin sabit və möhkəm qaldığını nümayiş etdirəcək. ABŞ vitse-prezidentinin səfəri Prezident Donald Trampın Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ ilə böyük sazişlərin imzalandığı Yaxın Şərqə səfərindən sonraya təsadüf edir”, - kanal bildirib.

 
Qeyd olunub ki, Ağ Ev hazırda Vensin İsrail rəhbərliyi ilə görüşlərinin koordinasiyası ilə məşğul olur.