Suriyada bütün silahlı qruplar orduya birləşdirilib

Tarix: 13:12 18.05.2025
Suriya hakimiyyəti silahlı qrupların milli müdafiə sisteminə inteqrasiyasını elan edib.
"İnformator.az" xəbər verir ki, bu barədə Suriya hökumətinin müdafiə məsələləri üzrə rəisi Murhaf Əbu Qəsrə bildirib.
O, açıqlamasında bu addımın Suriyanın müxtəlif silahlı qruplaşmalarını mərkəzləşdirilmiş komandanlıq altında birləşdirmək üçün aylarla davam edən koordinasiyalı səylərdən sonra atıldığını deyib:
“Suriya azad edildikdən sonra biz dərhal bütün hərbi hissələrin vahid institusional struktura inteqrasiyası üzrə işlərə başladıq. Bu gün biz fəxrlə bildiririk ki, artıq bütün bölmələr Müdafiə Nazirliyinə birləşdirilib”.