May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

Bölmə: Sosial › ,
Tarix: 00:54 28.05.2025

Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondun tərəfindən may ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da ödənilib.

 

Bu barədə “İnformator.az”, “AZƏRTAC”a istinadən xəbər verir.

 

Mayın 8-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, mayın 23-də isə digər bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin may ayının pensiya ödənişləri həyata keçirilib.