Ərdoğan: Qarabağ bir millətin sanki yenidən dirilişinin səsi olub

Bölmə: Dünya › ,
Tarix: 20:58 28.05.2025

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan:
“Qarabağın azadlığı ilə birlikdə bu torpaqlarda yüksələn hər bir nota təkcə bir zəfərin deyil, bir millətin sanki yenidən dirilişinin səsi olub”,– deyə bildirib.


Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasında “28 May – Müstəqillik Günü” proqramında iştirak edib:

 

"Əziz qardaşım, Prezident cənab İlham Əliyev,
Hörmətli dostum, Pakistanın Baş naziri cənab Şahbaz Şərif,
Hörmətli hökumət üzvləri,
Dəyərli sənətçilər,
Xanımlar və cənablar,
Sizləri ən səmimi duyğularımla hörmət və məhəbbətlə salamlayıram.
Buradan – Bakıdan Gəncəyə, Şuşadan Naxçıvana, Azərbaycanın dörd bir yanındakı qardaşlarıma sevgilərimi və ehtiramımı göndərirəm.
Əvvəlcə sizlərə “Can Azərbaycan” deyiləndə, “iki dövlət, bir millət” deyiləndə qəlbində fırtınalar qoparan 86 milyonluq Türkiyə xalqının salamını çatdırmaq istəyirəm.
Bu gün burada gördüyümüz tablo: üç dövlət, bəli, bir millət.
Can Azərbaycanın 28 May – Müstəqillik Günü münasibətilə ortaq mədəniyyətimizi və qardaşlığımızı vurğuladığımız bu mənalı görüşdə sizinlə bir yerdə olmaqdan böyük məmnuniyyət duyuram.
Müstəqilliyin necə qazanıldığını, nə qədər dəyərli olduğunu çox yaxşı bilən bir millətin övladı olaraq, Müstəqillik Gününüzü bütün qəlbimlə təbrik edirəm.
İstiqlal və gələcək uğrunda verdiyimiz şanlı mübarizələri şəhadətləri ilə taclandıran qəhrəmanlarımızı rəhmət və ehtiramla yad edirəm.
Rəbbim əziz şəhidlərimizin ruhlarını şad, məkanlarını cənnət eləsin".

 


Trt haber
Asiman Vəliyeva