Ərdoğan Laçın Beynəlxalq Hava Limanının açılışı ilə bağlı paylaşım edib

Tarix: 23:44 28.05.2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçın Beynəlxalq Hava Limanının açılışı ilə bağlı sosial şəbəkədə paylaşım edib.
"İnformator.az" xəbər verir ki, dövlət başçısı yazıb:
“Qardaşım İlham Əliyevlə birlikdə bu gün açılışını etdiyimiz, Türkiyə – Azərbaycan dostluğunun, qardaşlığının nişanələrindən biri olan Laçın Hava Limanımız Can Azərbaycana və bölgəmizə xeyirli, uğurlu olsun”.