Millimiz DÇ-də 1/4 final görüşünə çıxır

Tarix: 10:18 29.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin oyunları keçiriləcək.
"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, son 8 komanda Milli Gimnastika Arenasında yarımfinala vəsiqə uğrunda mübarizə aparacaq. Millimiz bu mərhələdə İngiltərə ilə üz-üzə gələcək.
Dünya çempionatı, 1/4 finalda
17:30. Macarıstan – Mavritaniya
19:00. Monteneqro – Çexiya
20:30. İngiltərə – Azərbaycan
22:00. Bosniya və Herseqovina – Serbiya
Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.