Şabranda ağır qəza: 1 ölü, 1 yaralı

Tarix: 10:42 29.05.2025
Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, hadisə Şabran şəhəri, Heydər Əliyev prospektində baş verib.
Yol qəzası nəticəsində Şabran şəhər sakini, 1997-ci il təvəllüdlü Orxan Əliyoldaş oğlu Muradov ölüb, Siyəzən şəhər sakini, 1996-cı il təvəllüdlü Rəhim Bəybala oğlu Kərimov isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.