Maşından düşəndə boynunu sındırıb, öldü

Tarix: 11:00 29.05.2025
Kürdəmirdə avtomobildən yıxılan sürücü ölüb.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, mayın 5-də Kürdəmir şəhəri Şəhriyar küçəsi ev 39-un qarşısında orada yaşayan 1967-ci il təvəllüdlü Elman Ənvər oğlu Məmmədov idarə etdiyi “Ford” markalı avtomobildən düşərkən yıxılaraq boyun nahiyəsinə sındırıb.
Xəstəxanaya yerləşdirilmiş E.Məmmədov mayın 28-i ölüb.
Faktla bağlı araşdırma aparılır.