İsraildən etiraf: İranın iki mərmisi Qəzza yaxınlığında...

Tarix: 12:06 14.06.2025
İranın “Araş” tipli kamikadze dronları İsraildə bir sıra hədəfləri vurub.
"İnformator.az" xəbər verir ki, bu barədə “Nour Nyus” agentliyi məlumat yayıb.
Daha əvvəl İsrail ordusu İrana məxsus PUA-ların aşkarlanması ilə əlaqədar ölkənin şimalında bir sıra bölgələrdə hava hücumu həyəcanı xəbərdarlığı elan etmişdi.
***
İsrail Müdafiə Qüvvələri (İMQ) iki İran PUA-sının ölkənin hava hücumundan müdafiə sistemlərini yara bildiyinə dair məlumatı təsdiqləyib.
İki mərmi Qəzza sektorunda sərhəd bölgəsində düşüb.
Mərmilər açıq əraziyə düşdüyü bildirilir. Xəsarət alan olmayıb.