ÇAXAL İran PUA-larını Ölü dənizdə ələ keçirib

Bölmə: Dünya › ,
Tarix: 12:32 14.06.2025

İsrail Hərbi Hava Qüvvələri Ölü dəniz və İordan çayının qərb sahili üzərində bir neçə pilotsuz uçuş aparatını ələ keçirib.

"İnformator.az" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (ÇAXAL) məlumat yayıb.

“İordan çayının qərb sahilinin cənub hissəsi və Ölü dəniz ərazilərində sirenlər səsləndikdən sonra İsrail Hərbi Hava Qüvvələri İsrailə doğru atılan bir neçə PUA-nı məhv edib”, - məlumatda deyilir.