İsrail bölgəni nüvə fəlakətinə sürükləyir-Rusiya

Bölmə: Dünya › ,
Tarix: 12:41 14.06.2025

"İsrailin hərəkətləri səbəbindən Yaxın Şərq regionunda son dərəcə təhlükəli eskalasiyanın şahidi oluruq".

"İnformator.az" xəbər verir ki, bu sözləri İranın tələbi ilə çağırılan BMT TŞ-nin təcili toplantısında çıxış edən Rusiyanın qurumdakı daimi nümayəndəsi Vasili Nebenzya deyib.

“İsrailin İrana hücumu regionu genişmiqyaslı nüvə fəlakətinə doğru aparır. Biz insan tələfatına, o cümlədən mülki şəxslərin həlak olmasına görə İran İslam Respublikasının rəhbərliyinə və xalqına başsağlığı vermək istərdik”, - Rusiya diplomatı qeyd edib.

 

Qeyd edək ki, 13 iyundan İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələrə başlayıb. İran raket hücumları ilə bu zərbələrə cavab verir.