Neftin qiyməti 300 dollar olacaq -İraq

Bölmə: Dünya › ,
Tarix: 12:28 15.06.2025

"Yaxın Şərqdə gərginliyin artması neftin qiymətini bir barrel üçün 300 dollara çatdıra bilər".

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu İraqın xarici işlər naziri Fuad Hüseyn Almaniya xarici işlər naziri Yoahim Vadefulla telefon danışığı zamanı deyib.

Onun sözlərinə görə, bölgədə münaqişənin davam etməsi və Hörmüz boğazının bağlanması iqtisadi sarsıntılara səbəb ola bilər:

 

“Hərbi əməliyyatlar başlasa, neftin qiyməti bir barel üçün 200-300 dollara qədər yüksələ bilər”