Arakçı səfirləri toplayıb: Güclü sübutlarımız var ki...

Bölmə: Dünya › ,
Tarix: 12:30 15.06.2025

"İsrailin İrana qarşı hücumları ABŞ-nin razılığı və dəstəyi olmadan heç vaxt baş verməzdi".

 

"İnformator.az" "Axar.az"a xəbər verir ki, bu sözləri İran xarici işlər naziri Abbas Arakçı bu gün Tehranda xarici ölkə səfirləri, diplomatlar və beynəlxalq nümayəndələrlə görüşündə deyib.

“Bizim İsrailin hücumlarını bölgədəki Amerika qüvvələrinin dəstəklədiyinə dair güclü dəlillərimiz var. Amerika qüvvələrinin rejimə necə kömək etdiyini yaxından izləyirik. Amma bizim sübutlarımızdan daha vacib olan Trampın müsahibəsində dəstəyini açıq şəkildə ifadə edən və növbəti addımların olduğunu bildirən bəyanatlarıdır. ABŞ bu hücumlarda tərəfdaşdır və onun məsuliyyətini qəbul etməlidir.

 

Sionist rejimin hücumlarına cavab olaraq sionist rejim daxilindəki hədəflərə diqqət yetirdik. Biz istəmirik ki, müharibə başqa ölkələrə və regiona yayılsın. Diplomatiya ilə məşğul olduq, amma bizə aqressiya tətbiq olundu. Biz özümüzü müdafiə edirik və bu, qanunidir və təcavüzə cavabdır”, - o bildirib.