Pakistan İranla sərhədi tamamilə bağlayıb-ŞƏRH

Tarix: 09:45 18.06.2025
Pakistan Yaxın Şərqdəki vəziyyətin kəskinləşməsi ilə əlaqədar İranla sərhədi qeyri-müəyyən müddətə bağlayıb.
Mövzu ilə bağlı “İnformator.az”a politoloq Zeynal Əmirəliyev bildirir ki, Pakistanın İranla sərhədi tamamilə bağlanması hər hansı bir gərginliklə bağlı deyil:
“Bu, sadəcə olaraq İran-İsrail müharibəsinə bağlı yaranmış təhlükəsizlik amilinə görədir. Bundan əvvəl də rəsmi İslamova İran İsrail münaqişəsi zamanı İrana dəstək verdiyini bəyan edib, yəni İranı dəstəklədiyini və İsrailin hücumlarını pislədiyi haqqında bəyanat verib. Və buradan hansısa bir təhlükənin Pakistan ərazisinə gələ biləcəyindən ehtiyat edərək Pakistan hökuməti bu cür qərar qəbul edib. Ancaq eyni zamanda nəzərə alaq ki, İrandan kütləvi şəkildə artıq əhalinin tərk edilməsi prosesi baş verir. İnsanlar, məsələn, paytaxt Tehrandan sürətli şəkildə uzaqlaşırlar. Paşinyan hökuməti bir növ bu məsələ barəsində də bir qədər gərginlik yaşayır. Çünki qaçqınların ölkəyə axını Pakistanda müəyyən qədər problemlər yarada bilər. Bunlar sərhədlərin bağlanması, bir qədər müvəqqəti tədbirlərdir. Ehtimal olunur ki, bir müddət sonra sərhəd xətləri yenidən açılacaq. Həmçinin İran və Pakistan münasibətləri regionda Çinə də bir qədər ziddiyyət yaradır. Çünki Çinin bu iki ölkə ilə kifayət qədər yaxın münasibətləri var. Son zamanlarda Çin İran və Pakistanla iqtisadi əlaqələrini daha da genişləndirib. Yəni, sərhədlərin bağlı saxlanması ümummiyyətlə, bu müharibə Çinin yeni başlatdığı-Qərbə doğru yeni xətt siyasətinə ciddi şəkildə maneə yaradacaq amildir. Məlum olduğu kimi Şərq-Qərb nəqliyyat dəhlizi Çinin əsas layihələrindən biridir. Başlanan müharibə burada müəyyən qədər problemlər yarada bilər. İslam Əməkdaşlıq Təşkilatı ümumilikdə İranı dəstəklənməsi barəsində reaksiya göstərir. Yəni daha bu təşkilata daxil olan ölkələr İranın dəstəklənməsi yönündə açıqlamaların şahidi oluruq. Ancaq Pakistanı sərhədi bağlıdı deyə İƏT heç bir söz deyə bilməz. Bu tamamilə təhlükəsizlik məsələləri ilə bağlıdır və Pakistan hökümətinin öz müstəqil qərarıdır”.
Aysel Mirzəyeva