Putinin “rus əsgəri çəkməsi” bəyanatı və Bakının addımı…

Bölmə: Dünya › ,
Tarix: 12:43 21.06.2025

"Rusiya lideri Vladimir Putin bəyan etdi ki, rus əsgərinin çəkməsi hara dəyirsə, ora Rusiyadır".

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki. bu sözləri siyasətçi Natiq Cəfərli qeyd edib.

O bildirib ki, bu bəyanatdan sonra Azərbaycanın, məmləkətimizin atdığı addımların, qurduğu koalisiyaların, aldığı qərarların nə qədər doğru olduğuna bir daha əmin olursan:

 

“2024-cü ildə son Rusiya əsgərinin, “sülhməramlıların” ölkədən çıxdığı günü heç vaxt unutmamalıyıq, hətta həmin gün Azərbaycanın tarix dərsliklərinə salınmalıdır”.