"Kəpəz" kapitanı ilə yolları ayırıb

Tarix: 14:35 28.06.2025
"Kəpəz" futbolçusu Yeqor Xvalko ilə yollarını ayırıb.
"İnformator.az" xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsində məlumat yayılıb.
Bildirilib ki, tərəflər başa çatan müqaviləni yeniləməyib.
Belaruslu müdafiəçi son üç ildə "sarı-göylər"in şərəfini qoruyub. Onun Gəncədəki karyerası 2022-2023-cü illər mövsümündən başlayıb. 28 yaşlı oyunçu "Kəpəz"in heyətində 95 çempionat matçında meydana çıxaraq 3 qol vurub. O, son iki mövsümdə "Kəpəz"in kapitanlarından olub.