Şabranda ölümlə nəticələnən avtoqəza olub

Bölmə: Hadisə › ,
Tarix: 16:07 28.06.2025

Bakı-Quba avtomobil yolunun Şabran rayonu Günəşli kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

"İnformator.az"ın "Report"a istinadən verdiyi məlumata görə, "VAZ-Niva" markalı minik avtomobili və iki yük maşını toqquşub.

 

Qəza nəticəsində bir nəfər ölüb, bir neçə sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Faktla bağlı araşdırma aparılır.