"Kəpəz" daha 4 legioneri ilə vidalaşıb

Tarix: 16:10 28.06.2025
"Kəpəz" daha 4 legioneri ilə vidalaşıb.
"İnformator.az"ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi Karim Lkoça, Radi Ardazişvili, Trent Buhagiar və Valdamer Almeydanın başa çatan müqavilələrinin müddətini uzatmayıb.
Qeyd edək ki, "sarı-göylər" daha əvvəl kapitanı Yeqor Xvalko ilə yolları ayırdığını açıqlayıb.