Türkiyə Quru Qoşunları 2 234 yaşını qeyd edir

Tarix: 16:39 28.06.2025
Türkiyə Quru Qoşunları quruluşunun 2 234-cü ilini qeyd edir.
"İnformator.az" xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi bununla bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Gücü tarixdə əks-səda verən, minilliklər boyu "Öncə vətən" deyərək millətimizin iti qılıncı olan Türkiyə Quru Qoşunlarının yaranmasının 2 234-cü ildönümü mübarək olsun", - deyə paylaşımda bildirilir.
Qeyd edək ki, Böyük Hun imperatoru Mete xanın taxta çıxdığı gün - eramizdən əvvəl 209-cu il Türkiyə Quru Qoşunlarının quruluş tarixi sayılır.