Ukrayna Trampın komandası ilə ünsiyyəti davam etdirəcək

Bölmə: Dünya › ,
Tarix: 16:56 28.06.2025

Ukrayna nazirliklər və Prezident Ofisinin rəhbəri səviyyəsində ABŞ Prezidenti Donald Trampın komandası ilə ünsiyyəti davam etdirəcək.

 

"İnformator.az" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.


"Biz razılaşdıq - müdafiə nazirləri, həmçinin ABŞ dövlət katibi və xarici işlər naziri, eləcə də müxtəlif səviyyələrdə ofisimin rəhbəri və ABŞ tərəfindən onun həmkarları ünsiyyətdə olacaqlar", - Zelenski Kiyevdə Polşa Prezidenti Andjey Duda ilə birgə mətbuat konfransında qeyd edib.