Fənərbaxçadan Archie Brown üçün rəsmi təklif

Bölmə: İdman › ,
Tarix: 12:07 11.07.2025

Gələn mövsüm üçün hazırlıqlarını sürətlə davam etdirən Fənərbaxçada transfer xəbərləri gəlməkdə davam edir. Sarı-lacivərdlilər ulduz futbolçuya rəsmi təklif göndərib.


Archie Brown, Fənərbaxçanın baş məşqçisi Joze Mourinyonun xüsusilə istədiyi oyunçulardandır. Həm sol cinah müdafiəçisi, həm də sol mərkəz müdafiəçisi kimi oynaya bilir. 1.90 metr boyu ilə hava toplarında üstünlüyə malikdir.


Haber Global-ın İdman Müdiri Sərcan Hamzaoğlunun məlumatına görə, Fənərbaxça rəsmi təklifini verib. İngilis futbolçunu başda Milan olmaqla Avropanın bir çox nəhəng klubu istəyir. Buna baxmayaraq, Fənərbaxça transferdə rəqiblərinə nisbətən daha üstün mövqedədir və futbolçunun qısa zamanda qərar verəcəyi gözlənilir.


Haber Global
Xəlilli Nigar