"Neftçi" Polşa toplanışına başlayıb

Bölmə: İdman › ,
Tarix: 23:40 15.07.2025

"Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsinə başlayıb.


"İnformator.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün səhər saatlarında Polşaya yola düşən "ağ-qaralar" Keltse şəhərində axşam məşqinə çıxıblar.

 

“Binkovski Hotel”də məskunlaşan kollektiv burada 4 yoxlama oyunu keçirəcək.

 

"Neftçi" iyulun 17-də “Hapoel Təl-Əviv” (İsrail), iyulun 22-də “Termalitsa Nyeçetşa” (Polşa), iyulun 27-də “Asteras Tripolis” (Yunanıstan) və avqustun 1-də AEL (Kipr) klubu ilə qarşılaşacaq.


Qeyd edək ki, toplanışın ikinci mərhələsi avqustun 2-dək davam edəcək.