Putindən qalmaqallı cavab

Bölmə: Dünya › ,
Tarix: 13:54 16.07.2025

Kreml sözçüsü Dmitri Peskov, ABŞ Prezidenti Trampın Ukraynaya silah yardımını davam etdirəcəkləri ilə bağlı açıqlamasına cavab verib. Peskov açıqlamasında bildirib:

 

“Vaşinqtonda, NATO ölkələrində və birbaşa Brüsseldə qəbul edilən qərarlar Ukrayna tərəfindən sülh siqnalı kimi deyil, müharibəyə davam siqnalı kimi qəbul olunub".

 

Rusiya tərəfindənsə cavab gecikməyib. Kreml sözçüsü Dmitri Peskov paytaxt Moskva şəhərində jurnalistlərə verdiyi açıqlamada ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı son bəyanatlarını dəyərləndirib.

 

Kreml sözçüsü Peskov deyib: “ABŞ Prezidentinin açıqlamaları çox ciddi xarakter daşıyır. Bəziləri birbaşa Prezident Putinə ünvanlanıb. Vaşinqtonda deyilənləri təhlil etmək üçün bizə mütləq zaman lazımdır. Prezident Putin lazım bildiyi halda şərh verəcək”.

 

Ukraynaya yeni silah tədarükü ilə bağlı sualı cavablandıran Peskov bildirib: “Vaşinqtonda, NATO ölkələrində və birbaşa Brüsseldə qəbul edilən qərarlar Ukrayna tərəfindən sülh siqnalı kimi deyil, müharibəyə davam siqnalı kimi dəyərləndirilib”. O əlavə edib ki, Rusiya Ukrayna ilə birbaşa danışıqları davam etdirməyə hazırdır və növbəti danışıqların nə zaman keçiriləcəyi ilə bağlı Kiyevdən siqnal gözləyib.

 

ABŞ Prezidenti Donald Tramp son zamanlar Rusiya lideri Vladimir Putinə qarşı məyusluğunu təkrarlayıb və dünən Ukraynaya yeni silah tədarük ediləcəyini açıqlayıb.

Tramp həmçinin bəyan edib ki, Rusiya 50 gün ərzində Ukrayna ilə bağlı sülh sazişinə gəlməzsə, ölkəsinə tətbiq edilən gömrük rüsumları 100 faiz artırılacaq.

 

Haberler.com

Aygün Babayeva