Zelenski Moskvanı vurmamalıdır

Bölmə: Dünya › ,
Tarix: 13:56 16.07.2025

Ukrayna ilə sülh razılaşması olmazsa, 50 gün ərzində Rusiyaya qarşı çox sərt sanksiyalar tətbiq edəcəyik” sözləri ilə Putini hədələyən və Ukraynaya silah göndəriləcəyini açıqlayan ABŞ Prezidenti Donald Tramp maraqlı bir açıqlama verib.

 

Tramp bildirib: “Zelenski Moskvanı vurmamalıdır. Mən Ukrayna–Rusiya müharibəsində tərəf deyiləm. Müharibənin bitməsini istəyirəm".

 

Financial Times-da yayımlanan bir xəbərdə ABŞ Prezidenti Trampın Volodimir Zelenskiyə “Moskvanı vura bilərəmmi?” deyə sual verdiyi iddia olunub.

 

ABŞ Prezidenti Donald Tramp və NATO Baş katibi Mark Rutte əvvəlki gün bir araya gəliblər. Ağ Evdə keçirilən görüşdən sonra Rutte və Tramp kameralar qarşısına çıxıblar.

 

Tramp Rusiyayla uzun danışıqlar aparıldığını, lakin heç nəyin dəyişmədiyini bildirərək, Kiyevin hələ də bombalandığını deyib və “Bu, dayanmalıdır” ifadəsini işlədib. Tramp, həmçinin Ukraynaya yeni silah göndərişlərinin ediləcəyini açıqlayıb.

 

NATO Baş katibi Rutte isə belə deyib: “ABŞ-nin Ukraynaya silah tədarükü qərarı çox vacibdir. Avropalı dövlətlərlə danışıqlar aparacağam və Ukrayna üçün hərbi yardım konteynerləri hazırlayacağıq. Bu prosesdə Rusiya Prezidenti Vladimir Putinin orada olması səbəbilə Ukrayna ilə aparılan danışıqlarda daha ciddi qarşılandım".

 

Haberler.com

Aygün Babayeva